Penaltilər onun dostudur STATİSTİKA

03.04.2025

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən gün Azərbaycan Kubokunda yarımfinal mərhələsi çərçivəsində keçirilən ilk matçda “Araz-Naxçıvan” “Qarabağ”ı 1:0 məğlub edərək, cavab görüşünə üstünlük əldə etdi. Naxçıvan təmsilçisinin yeganə qolunu Felipe Santos 28-ci dəqiqədə penaltidən vurdu.

Ümumiyyətlə, bu, 28 yaşlı yarımmüdafiəçinin cari mövsümdə penaltidən fərqləndiyi 5-ci qoldur. Həmçinin braziliyalı futbolçu fərqlənmiş olduğu 5 penaltidən 3-nü “Zirə”nin qapısına yollamağı bacarıb.

“Ağ-qırmızılar”ın sambaçısı buna qədər Premyer Liqanın VIII turunda “Səbail”ə 3:2 hesabla qalib gəldikləri matçda komandasının ikinci qolunu penaltidən yerinə yetirib. Cəmi üç tur sonra “Zirə”yə qarşı səfər görüşündə 11 metrlik cərimə zərbəsi zamanı “çərçivə”yə düşməklə, kollektivinə 1 xal qazandırıb. Daha sonra Ölkə Kubokunun 1/4 final mərhələsində “Zirə”yə qarşı keçirdikləri cavab matçında komandasının lehinə verilən hər iki penaltini dəqiq yerinə yetirməklə, “Araz-Naxçıvan”ın yarımfinala adlamasında böyük rol oynayıb.

Ümumən, bütün turnirlər daxil cari mövsümdə Muxtar Respublika təmsilçisinin xeyrinə 7 penalti verilib. Qeyd olunanlardan əlavə, çempionatın XVI turunda “Səbail”lə ev qarşılaşması zamanı Bernardo Dias və Ölkə Kubokunun 1/4 final mərhələsinin “Zirə”yə qarşı keçirilən ilk oyunda Ramon Maçado 11 metrlik cərimə zərbələrini dəqiq yerinə yetiriblər.

Mirkamal Kazım

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью