“Penaltilər seriyası oldu və onları susdurdum”

29.03.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Aston Villa”nın və Argentina millisinin qapıçısı Emiliano Martines açıqlama verib.

Futbolpress.az xəbər verir ki, qolkiper Çempionlar Liqasında PSJ-yə rəqib olmalarından danışıb:

“Ötən il “Lill”lə oyunda bütün azarkeşlər məni təhqir etdi. Heç nə etməsəm də, əleyhimə şüarlar səsləndirdilər. Sonra penaltilər seriyası oldu və onları susdurdum. Budəfəki matçda da parisli fanatların diqqəti məndə olacaq. Buna görə komanda yoldaşlarım üzərində təzyiqin azalması bizə kömək ola bilər”.

“Aston Villa” aprelin 9-da səfərdə PSJ ilə qarşılaşacaq. Cavab oyunu aprelin 15-də İngiltərədə olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью