Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Oktyabrın 10-da evdə San Marinoya minimal hesabla qalib gələn Cəbəllütariq yığması liderliyi ələ almışdı.
Uruqvaylı Xulio Ribasın çalışdırdığı komanda bu rəqibi səfərdə də məğlub etməyə yaxın idi.
Serravalledə baş tutan matçın nəticəsini qola çevrilən iki penalti müəyyənləşdirdi.
1:1 hesabı Cəbəllütariqin qrupu 6 xalla başa vurmasını təmin etdi.
Ancaq komandanın mövqeyini qoruyub-qorumayacağı qrupun dünən keçirilən digər oyununun nəticəsindən asılı idi...D liqası, 1-ci qrup5-ci turSan Marino - Cəbəllütariq 1:1 (0:1)San Marino: Kolombo, Sevoli, Rossi, T.Benvenuti (Tosi, 77), C.Benvenuti (Fabbri, 77), Qolinuççi, Kontadini, Latsari (Cakopetti, 72), Kazadey (Zannoni, 61), Berardi (Sensoli, 77), Nanni.Cəbəllütariq: Banda, B.Lopes, Jolley, Olivero, Annesli, Britto (Ronan, 87), Uoker, Torilya, Poso, Skanyon (Moueli, 78), De Barr.Qollar: Uoker, 11-p.
(0:1). Nanni, 90+1-p. (1:1).Vərəqələr: Kazadey, 19. Poso, 39. C.Benvenuti, 58. Uoker, 68. Torilya, 75. Sevoli, 85. Nanni, 85. De Barr, 87.
Jolley, 90. Annesli, 90+5 - sarı.Hakim: İqor Payaç (Xorvatiya).15 noyabr. Serravalle.