“Pənc Kilid” əməliyyatı bölgəsində bir əsgər şəhid olub

21.02.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçularla qarşıdurmada bir əsgərin şəhid olduğunu bildirib.

Açıqlamada qeyd olunub ki, 20 fevral 2025-ci il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində qəhrəman döyüşçümüz Mustafa Uslu BTÖ mənsubları ilə döyüşdə şəhid oldu: “Bizləri dərin acı və üzüntüyə boğan bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələri ilə millətimizə başsağlığı və səbr diləyirik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью