Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Milli Qəhrəman Pəncəli Teymurovun anası Vahimə Teymurova Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, məktubun mətnində deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına!
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Pəncəli Nurməmməd oğlu Teymurovun anası Vahimə xanım tərəfindən təşəkkür məktubu.
9 il intizarla gözlədiyimiz şərəfi - oğlum Pəncəli Teymurovun ölümündən sonra Aprel döyüşlərində göstərdiyi igidliyinə görə “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adı ilə təltif etdiyinizə görə öz adımdan, ailəmizin bütün üzvləri adından sizə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqət xalqımız tərəfindən yüksək qiymətləndirilir. Allah sizi başımızın üstündən heç vaxt əksik etməsin. Sizə uzun ömür, cansağlığı arzu edirik.
21 noyabr 2025-ci il”