Pəncərə şüşələrinə qabyuyan maye sürtün Qışda bu problemlə üzləşməyin

23.11.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az xəbər verir ki, mətbəxdə hər kəsin istifadə etdiyi qabyuyan maye bu problemin qarşısını almaq üçün sadə üsullardan biri hesab olunur.

Havadakı su buxarı soyuq şüşə səthinə toxunduqda kondensasiya baş verir və xırda su damcıları yaranır. Şüşənin üzərində görünən buğ da məhz həmin damcıların toplanması nəticəsində əmələ gəlir.

Qabyuyan mayenin tərkibindəki səthi aktiv maddələr isə suyun səthi gərilməsini azaldır. Nəticədə su damcıları ayrı-ayrılıqda toplanmaq əvəzinə şüşənin üzərində nazik təbəqə şəklində yayılır. Bu da şüşənin daha şəffaf qalmasına və buğulanmanın azalmasına kömək edir.

Mütəxəssislərin diqqət çəkdiyi üsul eynəklərin buğlanmasının qarşısını alan xüsusi spreylərin iş prinsipinə də bənzəyir.

Təxminən 1 litr suya 1 çay qaşığı qabyuyan maye əlavə edərək qarışıq hazırlamaq mümkündür. Hazırlanan məhlul birbaşa şüşəyə deyil, mikrofiber parçaya sıxılır. Daha sonra şüşənin səthi dairəvi hərəkətlərlə silinir və təmiz, quru parça ilə yenidən qurulanır.

Qabyuyan mayenin həddindən artıq istifadəsi şüşədə ləkə və köpük izləri yarada bilər. Buna görə qarışığın az miqdarda hazırlanması və tərkibində sərt kimyəvi maddələr olmayan adi qabyuyan mayeyə üstünlük verilməsi tövsiyə olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью