Pəncərədən yıxılan 59 yaşlı kişi öldü

30.07.2026

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Lerik rayonunda 59 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.

Hurriyyet.Media Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Livədirqə kəndində baş verib.

Kənd sakini, 59 yaşlı Vaqif Ayazəli oğlu Quliyev səhər saatlarında yaşadığı evin pəncərəsindən təxminən 3 metr hündürlükdən çay daşlarının üzərinə yıxılıb.

O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью