Pendiri nə saxlar?!

07.07.2026

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Bizim xalqın belə bir deyimi var:" Pendiri dəri saxlar, arvadı əri." Uzun illər bu deyim el arasında geniş yayılıb. Əlbəttə hər bir deyim üzun illər xalqın yaddaşında, tarixində bir iz qoyur və yeri gələndə bu deyimlərdən gen- bol istifadə olunur .

Təbii ki, başqa cürə də ola bilməz.Bu yaxınlarda sosial şəbəkədə xalq artisti, böyük sənətkar Baba Mahmudoğlunun bir göruntüsünə baxdım. Öncə onu deyim ki, Baba Mahmudoğlu gözəl səsə malik olmaqla yanaşı, həm də çox savadlı, çox mütaliəyə edən bir şəxsiyyət olub. Onun bir - birindən maraqlı düşüncələri, fikirləri var. Bu düşüncələr onun həyat və cəmiyyət haqqında olan fəlsəfi fikirlərdir.

O fikirlərdən biri də  onun pendirlə bağlı olan deyimdir! Baba Mahmudoğlu deyir ki, " Pendiri dəri saxlar, arvadı əri" deyimi əslinə qalanda belə  səslənməlidir:" Pendiri duzu saxlar, arvadı özü". İndi bu deyimin hansı gözəl ifadə olunub, hörmətli oxucular , özünüz aydınlaşdırın!!!

Emil FAİQOĞLU      

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью