Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib

18.03.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat keçirib.

Penitensiar xidmətdən verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində Kurban Kurbanova məxsus 1 ədəd "Kalaşnikov" avtomatı və 5 ədəd patron Nərimanov rayonu, "Elektromotor zavodu" adlanan əraziyə yaxın boşluq sahədə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью