Penitensiar xidmət və DİN əməliyyat keçirdi, narkotik aşkarlandı FOTO

06.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyi əməliyyat keçirib.

Bu barədə Avtosfer.az-a Penitensiar xidmətdən məlumat verilib.

Bildirilib ki, Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ağayev Qurban Fərhad oğluna məxsus ümumi çəkisi 2101,7 qram narkotik maddə tiryək Binəqədi rayonu, 22-ci Dağlıq küçəsi ərazisində sahibsiz avtomobilin təkərinin içərisində gizlədilmiş 2 ədəd şüşə qabda aşkar edilərək götürülüb. Məlumata görə, faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью