Pens: Tramp ticarət müharibələrinə görə Respublikaçıların dəstəyini itirəcək

10.04.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın aqressiv ticarət tarifləri siyasəti 2026-cı il ara seçkiləri öncəsi seçiciləri Respublikaçılar Partiyasından uzaqlaşdıra bilər.

Bizimyol.info xəbər verir ki, bu fikirləri ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens deyib.

“Mən həqiqətən inanıram ki, insanlar bizim (ABŞ) Tramp-Pensa administrasiyasının siyasətinə qayıtmağımızı istəyirdilər. Ürəyimdə, Amerika xalqının Amerika tarixində ən böyük vergi artımına səs verdiyini düşünmürəm və tariflər böyük və kiçik bizneslərdə çalışan işçilərin ailələri üçün çətinlik yaradacaq", - deyə o, "The Hill" qəzetinə müsahibəsində qeyd edib.

Keçmiş vitse-prezident həmçinin bildirib ki, bir sıra iqtisadi maneələrin 90 gün müddətinə dayandırılması Amerika müttəfiqlərini danışıqlar masasına oturmağa sövq edəcək.

Mayk Pens 2017-ci ildə Trampın ilk prezidentlik dövründə ABŞ-ın vitse-prezidenti olub. 2020-ci ilin noyabrında o, Trampla ikinci müddətə namizəd olub, lakin onlar Demokratlar Co Biden və Kamala Harrisə seçkiləri uduzdular.

Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. 10%-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib. Çərşənbə günü Tramp 75 ölkəyə tarif artımını 90 gün müddətinə dayandırdığını bildirib. Onlara 10% idxal rüsumları tətbiq olunacaq.

Qadir, Bizimyolo.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью