Pensiya alanlara şad xəbər Məbləğ 320 manat oldu

21.01.2025

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat məbləğində müəyyən olunub.

"Report” xəbər verir ki, bununla bağlı "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub.

Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq.

Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi "Əmək pensiyaları haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişiklik də qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb.

Belə ki, layihədə təklif edilən dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat məbləğində müəyyən olunur.

Qeyd edək ki, bundan əvvəlki əmək pensiyasının minimum məbləği 280 manat məbləğində müəyyən edilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью