Pensiya alanların diqqətinə Artımla bağlı YENİ XƏBƏR

16.11.2024

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Əmək pensiyasının minimum məbləğinin artırılması təklif edilib.

Sağlamolun.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, son illər bu sahədə dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilib:

“Ancaq imkan daxilində bu məsələnin diqqətdə saxlanılmasına ehtiyac var”.

Deputat bildirib ki, ölkədə maliyyə və bankçılıq sahəsində dövlət tərəfindən də bir çox tədbirlər həyata keçirilib, qanunvericilik bazası daha da təkmilləşdirilib:

“Əvvəlki illərlə müqayisədə kredit faizlərində azalma olsa da, xüsusilə istehlak və biznes kreditlərinin faizlərinə yenidən baxılmasına ehtiyac var”.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью