Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Sabah Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda bu ayın pensiyalarını ödəməyi planlaşdırır.
Bu barədə Axar.az-a Fonddan məlumat verilib.
"Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək", - deyə məlumatda qeyd olunub.