Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2025-ci ildə qeydə alınan maaş artımlarına uyğun olaraq bütün növ əmək pensiyalarının təxminən 9,2 faiz artırılması gözlənilir. Pensiya artımı yanvar ayından hesablanacaq və 1 milyon 100 mindən çox vətəndaşa şamil olunacaq.
Demokrat.az xəbər verir ki, artım yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası alanların hamısını əhatə edəcək. Beləliklə, pensiyaların indeksləşdirilməsi bütün kateqoriyalar üzrə eyni qaydada həyata keçiriləcək.
Deputat Vüqar Bayramov bildirib ki, 2026-cı ildə orta aylıq pensiyanın təxminən 590 manat, yaşa görə orta pensiyanın isə 629 manat olacağı proqnozlaşdırılır. Bu göstəricilər 2025-ci illə müqayisədə 7,9 faizdən çox artım deməkdir.
Qeyd edilib ki, pensiyalardakı artım 2025-ci ilin yekun nominal orta aylıq əməkhaqqı artımı əsasında müəyyənləşdirilir. İlkin gözləntilərə görə, maaş artımı 9,2 faiz təşkil edəcək və bu da pensiyaların avtomatik indeksləşdirilməsinə imkan verəcək.
Yəni, pensiyaçı 400 manat pensiya alırsa, onun pensiyası təxminən 37 manat artacaq və fevralda həm yeni məbləği, həm də yanvarın 37 manatlıq fərqini birlikdə alacaq.
İslam
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, artım yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası alanların hamısını əhatə edəcək. Beləliklə, pensiyaların indeksləşdirilməsi bütün kateqoriyalar üzrə eyni qaydada həyata keçiriləcək.