Pensiya artımı nə qədər adama şamil olunacaq?

05.02.2025

Icma.az, Bakupost saytına istinadən bildirir.


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb.

Bakupost.az xəbər verir ki, pensiya artımı 1,1 milyon pensiyaçıya şamil olunacaq.

Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2024-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.

Beləliklə, bütün pensiyalar 8,1 faiz artırılıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью