Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son illər ölkədə ən çox müzakirə olunan məsələlərdən biri pensiya sistemi ilə bağlıdır.
Ümumilikdə pensiya ilə bağlı bir sıra problemlər, o cümlədən ayrılan vəsait də müzakirə mövzusu olsa da, hələlik bu istiqamətdə heç bir irəliləyiş yoxdur.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, pensiyaların 7,5 faiz artırılması gözlənilsə də, bu artım vətəndaşların gündəlik xərclərini qarşılamaq və alıcılıq qabiliyyətini qorumaq üçün kifayət etməyə bilər.
Qeyd edək ki, 2026-cı il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda pensiyaçıların sayı 1 milyon 94 min 186 nəfər təşkil edir.
Bu göstərici ölkə əhalisinin 10,6 %-nə bərabərdir. Ümumi sayda son illərdə azalma müşahidə olunur. Ekspertlər və məlumatlar bu azalmanın əsas səbəblərindən biri kimi əlilliyə görə əmək pensiyası alanların sayının azalmasını qeyd edirlər.
Pensiyaların 7,5 fi artırılması bazarda olan bahalaşmaya-inflyasiyaya adekvatdırmı?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, Mərkəzi Bankın rəsmi göstəricilərinə görə, inflyasiya 6 faiz təşkil edir:
“Bu, hər zaman mübahisə mövzusudur. Mərkəzi Bank bu göstəricini hesablayanda 300-400 malın və xidmətin qiymətini götürür və orta hesabla deyir ki, “cari ildə bu qədər artım olub”.
Halbuki orta statistik azərbaycanlı il ərzində 300-400 mal və xidmətdən istifadə etmir. Adətən xarici təcrübələrdə 200 mal və xidmət götürülür ki, onlara tələbat çoxdur. Ölkədə inflyasiya 10 faizdir.
Bu baxımdan 7,5 faiz pensiyanın artırılması, təbii ki, inflyasiyanın qarşısını almır. Həm də nəzərə almalıyıq ki, pensiyaçıların tələbatı daha da artır. Onların səhhəti ilə bağlı dərmanlara ehtiyacı daha çox olur.
Dərmanların da qiyməti bahadır. Bu baxımdan pensiyaçılar üçün 7,5 faiz daha əlverişsizdir”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: pensiya Əkrəm Həsənov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin