Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. "Təqaüd artımı olduqca müsbət haldır.
Məlum olduğu kimi, hazırda inflyasiya səviyyəsi artmaqdadır.
Hökumət isə təqaüdçülərin sosial vəziyyətini nəzərə alaraq, təqaüdləri davamlı şəkildə artırır".
Bu fikirləri News24.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Onun sözlərinə görə, təqaüdlər hər il avtomatik indeksasiya olunur: "Bu proses işçilərin əməkhaqqı artımının faiz göstəricilərinə uyğun şəkildə təqaüdlərin artırılmasını təmin edir".
İqtisadçı təqaüdçülərə edilən artımların inflyasiyaya səbəb olmadığını deyib.
O, bu artımların inflyasiya göstəricilərinə ciddi və əhəmiyyətli təsir göstərmədiyini xüsusilə vurğulayıb.
"Hazırkı inflyasiya artımı əsasən, idxal amilləri ilə bağlıdır. Yəni inflyasiya ölkəyə xarici məhsullar vasitəsilə daxil olur.