Pensiya düzəldən keçmiş baş həkimə hökm oxundu

14.08.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Vətəndaşları aldadaraq külli-miqdarda dələduzluq etməkdə təqsirləndirilən “Gəncə Dəmir Yolu Xəstəxanası”nın sabiq baş həkimi Vidadi Seyidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 8 il 9 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihama görə, Vidadi Seyidov öz qulluq mövqeyindən istifadə edərək 9 nəfərə pensiya müavinəti düzəldəcəyini, xəstəxanada gözətçi götürəcəyini bildirərək onların 250 min manat pullarını ələ keçirib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью