Pensiya hesablanmasında yeni yanaşma

30.09.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Pensiyaların təyinatı və hesablanmasında vahid yanaşmaların tətbiq olunması, sosial sığorta meyarlarının daha geniş tətbiqi maliyyə təminatının möhkəmləndirilməsinə yönəlib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən iclasında pensiya təminatı ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, pensiya sahəsində aparılan islahatların əsas istiqamətlərindən biri sosial sığorta sisteminin daha geniş tətbiq edilməsi, pensiyanın hesablanması və ödənilməsində vahid yanaşmaların formalaşdırılmasıdır.

V.Bayramov qeyd edib ki, təqdim olunan qanun layihəsinin əsas hədəflərindən biri pensiya ödənişlərində dayanıqlı maliyyə mexanizminin təmin edilməsi və gücləndirilməsidir.

Deputatın sözlərinə görə, layihənin müvafiq fəslində “dövlət qulluğunda çalışan” və “dövlət qulluqçusu” ifadələrinin çıxarılması təklif olunur. O bildirib ki, bu dəyişiklik pensiyaların təyinatı və hesablanmasında vahid yanaşmaların tətbiqinə, sosial sığorta meyarlarının genişləndirilməsinə və maliyyə təminatının möhkəmləndirilməsinə xidmət edir.

V.Bayramov qanun layihəsinin qəbuluna səs verəcəyini bildirib.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью