PENSİYA İLƏ BAĞLI QANUN DƏYİŞDİ Deputatlar hə dedi

15.02.2025

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Milli Məclis Azərbaycanda əmək pensiyasının minimum məbləğinin 320 manat müəyyən olunması haqqında məsələni qəbul edib.

Mia.az xəbər verir ki, bununla bağlı parlamentin yaz sessiyasının bu gün keçirilən ilk iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirə olunub.

Layihəyə əsasən, əmək pensiyasının minimum məbləği bu il fevralın 1-dən 280 manatdan 320 manata çatdırılacaq.

Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью