Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Son günlər “mygov” platformasında vətəndaşların pensiya kapitalının məbləği və fərdi hesab məlumatları ilə bağlı problemlər yaranıb.
Belə ki, bəzi istifadəçilər 2018-ci ildən sonrakı məlumatların fərdi hesablarında görünmədiyini, eləcə də pensiya kapitallarının əvvəlki məbləğlə müqayisədə kəskin azaldığını qeyd edirlər.
Zərərçəkmiş vətəndaşın bildirdiyinə görə, onun pensiya kapitalı 65 min manatdan 28 min manata düşüb. Digər istifadəçilər də oxşar halla qarşılaşdıqlarını bildirərək yaranmış vəziyyətin səbəbi ilə bağlı narahatlıqlarını ifadə edirlər.
Məsələ ilə bağlı “Cebheinfo.az”-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bütün məsələlər texniki müstəvidə, xüsusi qaydada araşdırılacaq və həftənin birinci günü nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, hazırda problemin texniki nasazlıqdan, yoxsa başqa səbəbdən qaynaqlandığı hələlik məlum deyil.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin