Pensiya kapitalı bu qədər ARTIRILDI Nazir müavinindən AÇIQLAMA

10.02.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Yanvar ayındakı pensiya artımı fevralla birlikdə ödəniləcək".
Bizim.Media xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Prezident İlham Əliyevin Sərəncamına əsasən pensiyaların indeksləşdirilərək artırılmasına dair bu gün keçirilən brifinqdə qeyd edib:
"Yeni sərəncamla sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitallarının da istehlak qiymətləri indeksi ötən ilki səviyyəsinə uyğun olaraq 5,6 faiz artırılıb. Pensiya kapitallarının artırılması da e-sistem üzərindən avtomatik həyata keçirilir", - deyə nazir müavini bildirib.
Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью