Pensiya kapitalından buna görə istifadə edə bilmirik: Sən demə Dövlət Sosial Müdafiə Fondu…
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İndiki məqamda pensiya yaşına çatmadan pensiya kapitalından istifadə mümkün deyil. Bu, heç əvvəllər də real olan bir məsələ deyildi.
İndiki şəraitdə isə ümumiyyətlə sözügedən məsələyə baxılmır”.
Bu fikirləri “KONKRET.az“a açıqlamasında tanınmış iqtisadçı, hüquqşünas Əkrəm Həsənov səsləndirib.
“Xatırladım ki, Dövlət Sosial Müdafiə Fondu hər il dövlət büdcəsindən əlavə vəsait alır.
Yəni bizim ödədiyimiz məcburi sosial sığorta haqları pensiyaları vermək üçün kifayət etmir.
Odur ki, kimsə pensiyasını vaxtından əvvəl gəlib istəsə, bunu ödəmək üçün vəsait olmayacaq. Kimsə vəfat edəndə onun pensiya kapitalı batır.
Əgər pensiya kapitalını pensiya yaşına çatmadan öncə vətəndaşa ödəməkistəsək, bunun üçün əlavə vəsaitə ehtiyac olacaqBu da mümkün deyil, çünki o qədər vəsait yoxdur”.
Tam oxu
Xəbəri oxu