Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 22 may, AZƏRTAC
Bu ilin yanvar-aprel ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə 3 milyard 152,2 milyon manatdan çox vəsait ödənilib.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, həmin məbləğ ötən ilin müvafiq dövrünə nisbətən, təqribən, 238,6 milyon manat və ya 8,19 faiz çoxdur.