News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sosial Müdafiə Təşkilatından (SGK) təqaüdçülərə xoş xəbər gəlib.
News24.az bildirir ki, Türkiyədə iyun ayı üzrə pensiya ödənişlərinin əvvəlki tarixə çəkildiyi bildirilib.
SGK-nın verdiyi açıqlamada qeyd olunur ki, 2025-ci ilin iyun ayı üçün 4C (Pensiya Fondu) çərçivəsində olan aylıq ödənişlər əvvəlcədən ödəniləcək. Normalda 5 iyun tarixində hesablanmalı olan pensiyalar 4 iyun 2025-ci il tarixində pensiyaçıların bank hesablarına köçürüləcək.
Bu qərarla pensiyaçılar ödənişlərini bir gün əvvəl alacaqlar ki, bu da onların maddi planlamasına müsbət təsir göstərə bilər.