“Pensiya sisteminin liberallaşdırılması” kitabı nəşr edilib

10.09.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Vəfa Həşimovanın “Pensiya sisteminin liberallaşdırılması” kitabı çapdan çıxıb.

XQ xəbər verir ki, İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilən monoqrafiyanın elmi redaktoru iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva, rəyçiləri iqtisad elmləri doktoru Yaşar Məmmədov və iqtisad üzrə fəlsəfə doktoru dosent Jalə Əliyevadır.

Monoqrafiyada pensiya sisteminin liberallaşdırılmasının nəzəri əsasları, dünya təcrübəsi, həmçinin pensiya sisteminin liberallaşdırılmasına təsir edən iqtisadi, demoqrafik və sosial amillər tədqiq olunub. Azərbaycanda pensiya sisteminin mövcud vəziyyəti qiymətləndirilərək onun gücləndirilməsi istiqamətləri göstərilib.

Kitab elmi işçilər, ali məktəb müəllimləri, tələbələr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью