Pensiya və əməkhaqqı artacaq Sahil Babayevdən AÇIQLAMA Yeni Sabah

12.11.2024

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti ildə həyata keçiriləcək yeni sosial paket çərçivəsində minimum əməkhaqqı və pensiyalar artırılacaq.

Yenisabah.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Bununla bağlı təkliflər hazırlanıb. Müvafiq dövlət büdcəsində nəzərə alınıb. Dövlət büdcəsinin yekununda sonra elan ediləcək”, – nazir vurğulayıb.

Xatırladaq ki, daha əvvəl S. Babayev məşğulluğun qarşısında duran ən böyük çağırışlardan danışmışdı./Report


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью