Pensiya yaşı 70 oldu

23.05.2025

News24 saytına istinadən Icma.az xəbər verir.

2006-cı ildən pensiya yaşını ömür uzunluğuna görə təyin edən Danimarka bu yaş həddini hər beş ildən bir nəzərdən keçirir.

News24.az xəbər verir ki, hazırkı qanuni 67 pensiya yaşı 2030-cu ildə 68, 2035-ci ildə 69-a yüksələcək. 

Yeni qaydaya əsasən, 1971-ci il yanvarın 1-də və ya ondan sonra doğulan hər kəsin pensiya yaşı 70 olacaq.

Qeyd edək ki, qanun cümə axşamı 81 "hə" və 21 "xeyr" səsi ilə təsdiqlənib.

Eyni zamanda, Sosial Demokratların Baş Naziri Mette Frederiksen keçən il deyib ki, pensiya yaşının avtomatik artırılması prinsipinə indi yenidən baxılmalıdır:

"İnsanların daha bir il işləməli olduğunu söyləməyə davam edə bilmərik".

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью