Pensiya yaşı artırıldı SABAHDAN...

30.06.2025

Icma.az, Yenisabah saytına istinadən bildirir.

İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq.

“Yeni Sabah”ın xəbərinə görə, bu dəyişiklik “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən tətbiq olunur. Qanuna əsasən, kişilərin pensiya yaşı 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək, qadınların isə 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Qeyd edək ki, qadınların pensiya yaşı sonuncu dəfə ötən il — 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 yaş müəyyən edilmişdi. Bu ilki dəyişikliklə pensiya yaşı 64 il 6 ay olacaq. Dominos pizza

Hazırkı qanunvericiliyə görə, qadınların pensiya yaşı 2027-ci ilin iyul ayınadək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılacaq və bu yaş həddi son hədd kimi müəyyən ediləcək.

Xatırladaq ki, kişilər üçün pensiya yaşı artıq 65 yaş olaraq sabitləşib və dəyişmir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью