Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır. "Azərbaycanda pensiyaya çıxmaq yaşı ətraf ölkələrdən və dünyanın bir çox ölkələrində
Son açıqlanan siyahıya əsasən Avropanın ən az ömürlü ölkəsi hesab edilirik.
Sovet dövründə uzunömürlü xalq hesab olunmağımıza baxmayaraq kişilər 60, qadınlar 55 yaşında pensiyaya ayrılırdı.
İndi qadınların yaş minimumu 10 il, kişilərinki 5 il artırılıb".Bu sözləri Demokrat.az-açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
O bildirib ki, rəsmi statistikaya əsasən, kişilərin təxminən 47%-i 65 yaşına çatmadan vəfat edir:"Bu, bir çox insanın pensiya almağa başlamadan əvvəl vəfat etdiyini göstərir.
Ölkəmizdə 60-dan yuxarı yaş minimumunu ədalətsizlik hesab edirəm.
Hazırda Azərbaycanda vəfat edən şəxsin pensiya kapitalı onun ailəsinə və ya varislərinə verilmədiyi üçün bu vəsait dövlətə keçir.
Məsələn, bəzi ölkələrdə vəfat edən şəxsin pensiya kapitalı onun ailəsinə ötürülür.