Pensiya yaşı ilə bağlı mühüm açıqlama Yeni Sabah | Icma.az
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır. “Qadınlar kişilərdən daha çox yaşayır.
Pensiya yaşı az olarsa, qadınlara ayrılan pulun miqdarı bir az da çox olacaq. Aidiyyatı qurumlar isə bu pulu qadınlara vermək istəmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Əkrəm Həsənov qadınların pensiya yaşının azaldılmamasının səbəblərindən danışarkən deyib.
O, kişilərinin qadınlardan az yaşadığını vurğulayıb: “Dünya ölkələri ilə müqayisədə bu fərq Azərbaycanda daha böyükdür.
Bəzən isə kişilər heç pensiya yaşlarına çatmırlar. Bu o deməkdir ki, Azərbaycanda kişilərin həyatı qadınlara nisbətdə daha ağırdır.
Ailənin yükü, maddi-mənəvi nə varsa hamısı kişilərtin üzərindədir. Ayrıca kişilərdən tələblər çoxdur. Özü də biz nə Şərqik, nə də Qərb.
Qərbdə qadınlar ailənin maddi yükünü kişilərlə bərabər öz üzərinə götürür.
Eyni zamanda qadınlar orada deyir ki, mən nə istəyirəm onu edirəm. Ailənin idarə olunması məsələlərində biz deyirik Qərbik.
Tam oxu
Xəbəri oxu