Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Uzun illər çalışan, əmək fəaliyyətinə ömrünü sərf edən şəxs artıq pensiya yaşına çatır. Amma pensiyaya çıxmasına iki il qalmış işdən azad edilir. İşçinin belə halda işdən azad edilməsi cəmiyyətdə həm hüquqi, həm də etik suallar doğurur.
Ümumiyyətlə, pensiya yaşına çatmış şəxsi 1-2 il qala işdən azad etmək doğrudur? Qanunvericilik buna necə yanaşır?
Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı Valyuta.az-a danışan hüquqşünas Taleh Rzayev bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçilərin hüquqlarının müdafiəsi məqsədilə müəyyən xüsusi normalar nəzərdə tutulub:
"Qanunvericiliyə görə, işəgötürənin işçini işdən azad etməsi yalnız konkret və əsaslandırılmış hallarda mümkündür. Bu əsaslara, məsələn, ştat ixtisarı və ya işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi daxildir. Lakin qanunvericilikdə "pensiya yaşına çatdığı üçün" ifadəsi işdən azadetmə səbəbi kimi aydın göstərilməyib. Bu isə belə hallarda hüquqi boşluq yarada və qərarın işəgötürənin subyektiv yanaşmasına əsaslanmasına şərait yarada bilər. Ədalətli yanaşma tələb edir ki, həm işçinin, həm də işəgötürənin mövqeyi nəzərə alınsın. Lakin əgər işəgötürən bu hüquqi qeyri-müəyyənlikdən istifadə edərək, şəxsi maraqları naminə qərar verirsə, bu zaman ayrı-seçkilik yaranır".
“İstifadə müddəti bitmiş” işçi yanaşması
T.Rzayev qeyd edib ki, yaşla bağlı səbəblərlə, məsələn, "yaşı çoxdur" və ya "pensiyaya az qalıb" kimi – işdən azadetmə, qanunvericiliyə əsasən, diskriminasiya hesab olunur və bu cür hallar qanunla qadağandır:
"Əgər əmək müqaviləsi müddətlidirsə və həmin müddət başa çatıbsa, işəgötürənin onu uzatmamaq hüququ var. Lakin müddətsiz müqavilələr üzrə işdən azadetmə yalnız ciddi əsaslara, o cümlədən intizam pozuntusuna əsaslana bilər. Pensiya yaşına çatmış şəxslərlə bağlı bəzi hallarda dövlət büdcəsindən maliyyələşən müəssisələrdə (dövlət idarələri) – yaş məhdudiyyəti tətbiq oluna bilər. Bununla belə, pensiya yaşına çatmamış şəxs tam hüquqlu işçi sayılır. Məsələnin yalnız hüquqi deyil, həm də etik və sosial tərəfi mövcuddur. Pensiyaya 1-2 il qalmış şəxsin işdən azad edilməsi onun yeni iş tapmaq imkanlarını məhdudlaşdırır, maddi rifahına və gələcək pensiya məbləğinə mənfi təsir göstərir. Ömrünün böyük hissəsini əmək fəaliyyətinə həsr etmiş insanın "istifadə müddəti bitmiş" kimi kənara atılması onun psixoloji durumuna da ağır təsir edə bilər. Əgər ortada konkret və sübuta yetirilmiş intizam pozuntusu yoxdursa, pensiya yaşına yaxın şəxsin işdən çıxarılması həm hüquqi, həm də mənəvi baxımdan yolverilməz sayılmalıdır".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Ümumiyyətlə, pensiya yaşına çatmış şəxsi 1-2 il qala işdən azad etmək doğrudur? Qanunvericilik buna necə yanaşır?