Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sentyabr ayı üzrə pensiya ödənişləri ölkə üzrə yekunlaşdırılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikasında, sentyabrın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda qeydiyyatda olan şəxslərin pensiyaları ödənilib. Sezar pizza
Bu gün isə ölkənin bölgələrində qeydiyyatda olan şəxslərin sentyabr ayı üzrə pensiyaları, həmçinin güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Beləliklə, sentyabr ayının pensiya ödənişləri respublika üzrə tam başa çatdırılıb.