Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bəzi hallarda dövlət büdcəsində sosial təminat və sosial müdafiə xərclərini ümumi sosial xərclərlə eyniləşdirməyə çalışırlar. Amma nəzərə alsaq ki, icmal büdcə praktik olaraq, məhz dövlət büdcəsi daxil olmaqla, sosial istiqamətə daha çox vəsaitin ayrılmasını bir daha təsdiq edir".
Redaktor.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisdə müzakirələr zamanı bildirdi.
Onun sözlərinə görə, 2026-cı ilin Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə diqqət yetirsək, bütövlükdə 2026-cı il fondun xərclərinin 97%ə yaxını əhaliyə ödənişlərdir:
"Eyni zamanda fondun xərclərinin 94%-i pensiya ödənişləridir. Və bu, ondan xəbər verir ki, 2026-cı ildə Dövlət Sosial Müdafiə Fondunun xərclərində vətəndaşların sosial təminatının yaxşılaşdırılması əsas prioritet olaraq qalacaq. Çünki vəsaitlərin əhəmiyyətli hissəsi və çox böyük əhəmiyyətli hissəsi məhz vətəndaşların sosial təminatına yönəldilir.
2025-ci ildə təsdiq olunmuş proqnozla müqayisə etsək, 2026-cı ildə pensiyaların ödənilməsinə ayrılacaq vəsaitin həcmi 10% artacaq. Bu, isə ondan xəbər verir ki, 2026-cı ildə də pensiyaçılarımızın sosial təminatının gücləndirilməsi yenə də prioritetdir.
Praktik olaraq və xüsusən nəzərə alsaq ki, qanunvericiliyə, eləcə də "Əmək pensiyaları haqqında" qanuna əsasən, növbəti ilin yanvarın birindən etibarən, bütün növ əmək pensiyalarında artımlar reallaşacaq, ilkin gözləntimiz ondan ibarətdir ki, məhz 2026-cı ildən etibarən bütün növ əmək pensiyalarında 9-12% artım olacaq.
Bu isə 1 milyon 100 mindən artıq vətəndaşımızı əhatə edəcək. Bu isə ondan xəbər verir ki, 2025-ci ildə reallaşan sosial paket və davam etdirilən sosial siyasət növbəti il eyni zamanda pensiyaçılarımız daxil olmaqla, dövlət büdcəsindən dəstəklənən vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək".
Aminə ŞAHSUVARQIZI