Pensiyaçıların nəzərinə bankomatlarda buna diqqət edin! KONKRET | Icma.az
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vaxtaşırı pensiya alanların dələduzların qurbanına çevrildikləri haqda məlumatlar yayılır.
Daxili İşlər Nazirliyi (DİN) bununla bağlı vaxtaşırı hesabatlar, maarifləndirici video-çarxlar yayır.
DİN-in ötən həftə kiber müdaxilə ilə bağlı paylaşdığı hesabat da bu baxımdan xüsusilə diqqət çəkib.
Qurumdan bildirilib ki, 2024-cü ildə kiber müdaxilə yolu ilə bank kartlarından ümumilikdə 22 milyon manat vəsait talanıb və bu cinayətlərin 178-i “bankomatdan pul çıxarılmasına kömək” adı ilə həyata keçirilib.
Düşünülür ki, aldadılan vətəndaşların əksəriyyəti məhz pensiyaçılardır.
Sözügedən qrupun əksəriyyəti ATM-dən pul çıxara bilmədiyinə görə hədəfə alınır.
Bəzi vətəndaşlar bankomatların yanına nəzarətçilərin qoyulmasını təklif edir. Bu, çıxış yolu ola bilərmi?
Tam oxu
Xəbəri oxu