Pensiyaçıların nəzərinə Nazir artımların məbləğini açıqladı

05.11.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Hazırkı proqnoz göstəricilərə əsasən, 2027-ci ildə əmək pensiyalarının təqribən 7,5% səviyyəsində indeksləşməsi, bu məqsədlə 575,5 milyon manat vəsaitin ayrılması proqnoz edilir".
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev parlamentdə 2027-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə pensiyaların orta məbləğinin 680 manat, gələn ilin orta aylıq əmək haqqına nisbətdə isə 50%, yaşa görə pensiyada isə 53% olması proqnoz edilir.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью