Pensiyalar artımla nə vaxtdan veriləcək?: Tarix açıqlandı

09.12.2024

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yanvarın birindən bütün növ əmək pensiyaları artırılacaq.

"Cebheinfo.az" bu barədə "Xəzər TV"yə istinadən xəbər verir.

Belə ki, 1 milyondan çox vətəndaşın pensiyasında artım olacaq.

2025-ci ildə bütün növ əmək pensiyaları artırılacaq və bu Dövlət Sosial Müdafiə Fondunun büdcəsində öz əksini tapıb.

Millət vəkili Vüqar Bayramov bildirib ki, indeksləşdirmə faizi hər hansı qurum tərəfindən müəyyənləşdirilən faiz deyil.

Bu, əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq həyata keçirilən indeksləşdirmədir.

Millət vəkili əlavə edib ki, vətəndaşlar pensiyalarını qarşıdakı ilin ikinci ayından etibarən artımla birlikdə ala biləcəklər.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью