Pensiyalar bu qədər artırılacaq NAZİR AÇIQLADI

13.01.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Hər il ölkə başçısının müvafiq sərəncamına əsasən əmək pensiyalarının indeksləşdirilməsi həyata keçirilir". Avtosfer.az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev AzTV-də yayımlanan "Hədəf" proqramında sualları cavablandırarkən deyib.

Yüksək sürət 21 yaşlı gənci öldürdü – 19 yaşlı sürücü ağır qəza törətdi - FOTO - VİDEO

Nazir vurğulayıb ki, 2026-cı ildə də 1.1 milyon vətəndaşın pensiyalarının indeksləşdirilməsi nəzərdə tutulub:

"İndeksasiyanın təqribən 9 faiz səviyyəsində həyata keçirilməsi təmin olunacaq. Mexanizm Dövlət Statistika Komitəsi (DSK) tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq tətbiq edilir. Qeyd olunan qurum bu rəqəmləri elan etdikdən sonra indeksasiyanın dəqiq məbləği müəyyənləşəcək. Həmçinin işləyən şəxslərin fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitallarının da indeksləşdirilməsi 2026-cı ildə nəzərdə tutulub".

A.Əliyev vurğulayıb ki, 2026-cı ildə də əhalinin aktiv məşğulluq tədbirlərinə cəlb olunması həm nazirlik, həm də Dövlət Məşğulluq Agentliyi üçün əsas prioritetlərdən biri olacaq:

"Agentlik 2026-cı ildə 400 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunacağını proqnozlaşdırır".

Oxunub 0

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью