Icma.az bildirir, Modern.az portalına istinadən.
Azərbaycanda pensiyaların və pensiya kapitallarının indeksləşdirilməsi qaydasının dəyişdirilməsi təklif olunur.
Modern.az xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk plenar iclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, pensiyaların və pensiya kapitallarının indeksləşdirilməsi səlahiyyətli qurumun müəyyən etdiyi əmsallar tətbiq olunmaqla həyata keçiriləcək.
Bildirilir ki, hazırda pensiyalar məbləğindən asılı olmayaraq orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir. Bu isə yüksək pensiya alan şəxslərin ödənişlərinin manat ifadəsində daha çox artmasına səbəb olur.
Yeni yanaşmada yüksək pensiyalara və yüksək pensiya kapitallarına fərqli əmsalların tətbiqi nəzərdə tutulur. Aşağı məbləğli pensiyalar və pensiya kapitalları isə əvvəlki kimi tam həcmdə indeksləşdiriləcək.
Dəyişikliyin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Məsələ səəs qoyularaq birinci oxunuşda qəbul edilib.