Pensiyalar indeksləşdirildi, orta məbləğ 594 manata çatdı

14.07.2026

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Bu ilin birinci yarımilində pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (368 milyon manat) çox olmaqla 3 milyard 916 milyon manat vəsait yönəldilib.

Bu barədə Gununsesi.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb:

“1 iyul 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb.

Cari ilin birinci yarımilində 23 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 201 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью