Pensiyalar sabah tam ödəniləcək

22.09.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Respublika üzrə pensiyaların sentyabrın 23-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 23-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью