Pensiyalar yenidən ARTIRILIR

16.04.2025

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gələn il üçün proqnozlaşdırılan sosial müdafiə və sosial təminat xərcləri məlum olub.

Redaktor.az globalinfo.az-a istinadla xəbər verir ki, bu, 2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə xərclərin funksional təsnifat səviyyəsində göstəricilərində əksini tapıb.

Gələn il bu sahəyə 5 milyard 105 milyon 971.8 min manat ayrılması proqnozlaşdırılır. Bu, 2025-ci ildə bu sahəyə ayrılması nəzərdə tutulan xərclərdən 354 milyon 241 min manat, yaxud 7,4 faiz çoxdur. 2025-ci ildə sosial müdafiə və sosial təminat sahəsinə 4 milyard 751 milyon 730, 8 min manat ayrılması nəzərdə tutulub.

Sosial müdafiə və sosial təminat xərcləri 2027-ci ildə 5 milyard 389 milyon 226.9 min manat, 2028-ci ildə 5 milyard 871 milyon 740,5 min manat, 2029-cu ildə 6 milyard 180 milyon 879,3 min manat olacaq.

Qeyd edək ki, sosial büdcənin artması pensiyalarda da artımlara səbəb olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью