Pensiyaların verilmə tarixi DƏYİŞİR? Mayın 9 na qədər...

02.05.2025

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

9 May – Faşizm üzərində Qələbə Günü ilə əlaqədar olaraq bəzi Possovet ölkələrində pensiyalar bayramdan əvvəl ödəniləcək. Azərbaycanda da vətəndaşlar arasında bu il pensiyaların 9 may tarixindən əvvəl verilməsi ehtimalı müzakirə olunur.

Məsələ ilə bağlı News24.az-ın sorğusuna cavab olaraqDövlət Sosial Müdafiə Fondu (DSMF) dəqiq qərar veriləcəyi təqdirdə ictimaiyyətin məlumatlandırılacağını bildirib.

“Hazırda bu məsələ ilə bağlı dəqiq qərar yoxdur. Bununla bağlı məlumat olduqda bölüşəcəm”.

Qeyd edək ki, əvvəlki illərdə də rəsmi bayram günləri ərəfəsində pensiya və digər sosial ödənişlərin vaxtından əvvəl verilməsi halları müşahidə olunub. 

Aqil Qarayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью