Pensiyalarla bağlı şad xəbər: 10 faiz artım...

28.08.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda aylıq pensiyaların orta məbləği artıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Qeyd olunub ki, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.5 faiz artaraq 594.4 manata çatıb. Ortaaylıq pensiyanın məbləği ölkə üzrə ortaaylıq əməkhaqqının 50.6 faizinə bərabər olub. Sezar pizza

Ölkədə pensiyaçıların ümumi sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

2025-ci il iyulun 1-nə Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 1 milyon 103 min 300 pensiyaçı qeydiyyatda idisə, 2026-cı il iyulun 1-nə bu rəqəm 1.1 milyon olub. Hazırda pensiyaçılar ölkə əhalisinin 10.7 faizini təşkil edir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью