Pensiyalarla bağlı VACİB AÇIQLAMA | Icma.az
News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisdə “Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub.News24.az Musavat.com-a istinadla bildirir ki, layihəni deputatlara komitə sədri Musa Quliyev təqdim edib.Komitə sədri bildirib ki, ölkəmizin 2024-cü ildə əldə etdiyi iqtisadi uğurlar 2025-ci ilin büdcə siyasətinin pozitiv və sosialyönlü istiqamətdə formalaşmasını təmin edib:“Dövlətimizin daxili siyasətinin ən mühüm istiqamətlərindən biri olan sosial müdafiə və sosial təminat sahəsində aparılan dərin islahatlar vətəndaşlarımızın sosial rifah halının qorunmasına və yüksəldilməsinə etibarlı təminatlar yaradıb.
VII çağırış Milli Məclisin ilk iclasında çıxış edərkən cənab Prezident İlham Əliyev aparılan dərin sosial islahatların uğurlu nəticələrinə diqqət çəkərək deyib: “Biz 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirmişik.
Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu 4 milyon insanı əhatə edir.
Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2.7 dəfə, minimum pensiya 2.5 dəfə artıb.
Onu da bildirməliyəm, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq””.Musa Quliyev qeyd edib ki, müzakirəyə təqdim olunan 2025-ci il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında qanun layihəsi də sosial ədalət və sosial rifah prinsiplərinə xidmət edən bu ali niyyəti rəhbər tutaraq tərtib edilib:“DSMF-nin 2025-ci il üçün büdcə layihəsi “Büdcə sistemi haqqında”, “Sosial sığorta haqqında”, “Əmək pensiyaları haqqında" qanunların və digər normativ hüquqi aktların tələbləri çərçivəsində, ölkəmizin iqtisadi və sosial inkişafına dair proqnozlar nəzərə alınmaqla, demoqrafik göstəricilərə əsaslanaraq hazırlanıb.
Fondun 2025-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla, 7 milyard 676 milyon manat proqnozlaşdırılır.
Bu, cari ilin büdcəsinə nisbətən 726,6 milyon manat və ya 10,5% çoxdur.Fondun gəlirlərinin 5 mlrd.
Tam oxu
Xəbəri oxu