Pensiyalarla bağlı vacib məsələ Niyə tam ödənilmir? | Icma.az
Icma.az bildirir, News24 saytına əsaslanaraq. Əmək müqaviləsi ilə işləyən hər kəsin əməkhaqqısından müəyyən qədər vergi tutularaq pensiya ka
Azərbaycanda kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 64-dür və bu 2027-ci il iyulun 1-dək qadınların pensiya yaşı hər dəfə 6 ay artı
Bəs bu halda onun həmin vaxtadək toplanılan pensiya pulu kimə verilir? Nəzərə alsaq ki, ölkədə dəfn xərcləri də kifayət qədər yüksəkdir.
Buna görə də ölən adamın toplanılan pensiya pulunu birdəfəlik çıxarıb istifadə etmək mümkündür?News24.az xəbər verir ki, bütün bu suallara hüquqşünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında aydınlıq gətirib.O bildirib ki, pensiya kapitalı vərəsəlik qaydasında ölən şəxsin varislərinə keçmir:“Yalnız onun himayəsində olan şəxslər varsa və yaxud ər ölüb, arvadı sağdır və onun pensiyası kişinin pensiyasından azdırsa, bu zaman pensiya həmin fərqlə verilir.
Məsələn, kişi 500 manat alırdı, arvad 300 manat alırdısa, bundan sonra arvad 500 manat, yəni ərinin pensiyasının fərq hissəsini alacaq.
Yaxud arvad heç pensiya almırdısa, onda tam 500 manat pensiya alacaq.
Əgər əksinə, kişinin pensiyası digərindən az idisə, onda arvadına heç nə çatmır.
Ölən şəxsin himayəsində olan şəxslər var idisə, yəni 18 yaşına çatmayan övladı var idisə, övladı yetkinlik yaşına çatanadək pensiyanı alacaq.
Tam oxu
Xəbəri oxu