Pensiyalarla bağlı YENİLİK: Fondlar yaradılır Rəsmi AÇIQLANDI

10.12.2024

Icma.az, News24 saytına istinadən bildirir.

Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq.

News24.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd edilib ki, "Qeyri-dövlət pensiya fondları haqqında" Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub.

Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır./APA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью