Pentaqon 50 milyard dolları Trampın müdafiə prioritetlərinə yönləndirir

20.02.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 20 fevral, AZƏRTAC

ABŞ Müdafiə Nazirliyi Prezident Donald Trampın milli müdafiə prioritetlərinə təxminən 50 milyard dollar vəsait yönəldib.

AZƏRTAC CNBC telekanalına istinadla xəbər verir ki, Pentaqon orduya 2026-cı maliyyə ili üçün 50 milyard dollarlıq potensial büdcə azaldılması siyahısını tərtib etməyi tapşırıb.

Müdafiə nazirinin müavini vəzifəsini icra edən Robert Salessesin sözlərinə görə, nazirlik həmin prioritetləri maliyyələşdirmək üçün istifadə edilə biləcək potensial düzəlişlərin siyahısını hazırlayacaq və Pentaqonu müharibələrin qarşısını almaq və qalib gəlmək kimi əsas missiyasına yönəldəcək.

“Düzəlişlər Bayden administrasiyasının 2026-cı maliyyə ili büdcəsinin 8 faizini - təxminən 50 milyard dollar təşkil edəcək və bu, daha sonra prezident Trampın prioritetlərinə uyğun proqramlara xərclənəcək”, - deyə Salesses bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью