Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.
ABŞ Silahlı Qüvvələrinin Quru Qoşunları Detroyt (Miçiqan ştatı) avtosalonunda Abrams M1E3 tankının yeni modifikasiyasının prototipini təqdim edib. Oxuməni.az-ın verdiyi məlumata görə, bu barədə “Bloomberg” agentliyi xəbər yayıb.
Məqalədə qeyd edildiyi kimi, bu modifikasiya yeni transmissiya, hibrid mühərrik və raketləri vura bilən müasir müdafiə sistemləri ilə təchiz olunub.
Jurnalistlər əlavə ediblər ki, tankın çəkisi 25%, yanacaq sərfiyyatı isə 50% azaldılıb.
“General Dynamics Land Systems” korporasiyası tankın yeni modifikasiyasının hazırlanmasına təxminən 75 milyon dollar xərcləyib. Materialın müəlliflərinin qeyd etdiyi kimi, tankın döyüş bölməsi "Formula-1" pilot kabinəsi üslubunda hazırlanıb.
ABŞ Quru Qoşunları Qərargah rəisi general Rendi Corcun sözlərinə görə, tank "dörddə bir mil (0,4 kilometr) məsafədəki hədəfi saniyənin onda birində məhv edə biləcək".
Corc əlavə edib ki, yeni modifikasiyada bütün proqram təminatı təkmilləşdirilib. Lakin general Abrams M1E3-ün mümkün qiymətini proqnozlaşdırmayıb.
Agentliyin məlumatına görə, tank iki ildən sonra silahlanmaya daxil olacaq.
Almaz Həsənli